Kəmaləddin Heydərov Qubada vətəndaşları qəbul edəcək

14:50 21.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 24 noyabr 2023-cü il tarixində Quba şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 10.00-dan Quba və Qusar rayonları sakinlərinin qəbulu keçiriləcək.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı 23 noyabr 2023-cü il tarixində Quba şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Oxunma sayı 69