Kerri Seynfeld "Əsl kişiləri sevirəm" dedi, sərt reaksiya ilə üzləşdi

09:51 03.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Soyadını daşıyan komediya serialı ilə 1990-cı illərdə iz qoymuş Kerri Seynfeld "Hunestly with Bari Weiss" podkastında mübahisəli açıqlamalar verib.

Hafta.az-ın “NBC News”a istinadən yazdığına görə, 1954-cü il təvəllüdlü komediya ustası böyüdüyü illər üçün güclü bir nostalji hiss etdiyini bildirib. O, 1960-cı illərin "dominant kişiliyi" üçün darıxdığını ifadə edərək, "Mən əsl kişiləri sevirəm" deyib: "Məncə, o dövrün əsas amili razılaşdırılmış iyerarxiya idi və düşünürəm ki, bu gün tamamilə buxarlanıb. Məncə buna görə insanlar dəli olurlar və korna çalırlar: İerarxiya anlayışı yoxdur. O dövrdə JFK, Məhəmməd Əli, Sean Konneri və Hovard Kozell kimi çoxlu insanlar var idi. Onlar əsl kişilərdir, bir gün mən də belə olmaq istəyirəm. Bəli, dominant kişilik üçün darıxıram, amma yenə də əsl kişiləri sevirəm”.

Komediyaçının sözləri bir çox insanın, xüsusən də feministlərin reaksiyasına səbəb olub.

Seynfeld özünün “Unfrosted” adlı son filmini təbliğ edir. Netflix yayımladığı filmin süjetini belə xülasə edir: "Səhər yeməyində süd və taxılın üstünlük təşkil etdiyi vaxtlarda nəhəng şirkətlər inqilabi yeni xəmir üzərində toqquşurlar. Kerri Seynfelddən Pop-Tarts ilə komediya".

Oxunma sayı 241