Kiyev bölgəsi işğaldan tam azad edildi

20:50 02.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Paytaxt Kiyev və ətrafı - bütün Kiyev vilayəti Rusiyanın işğalından qurtuldu".

Hafta.az-ın yazdığına görə, bu sözləri Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar deyib. Bildirib ki, İrpen, Buça, Qostomel və Kiyev bölgəsi tamamilə Rusiya ordusunun nəzarətindən geri qaytarılıb. 

İrpen Bələdiyyəsinin sədri Aleksandr Markuşin də şəhərin ətrafındakı bütün qəsəbə və kəndlərin işğaldan qurtarıldığını qeyd edib. 

Markuşin bildirib ki, şəhərdə təmizlənmə işləri görülür, qalan sakinlərə ərzaq və dava-dərman paylanılır. Amma mina təhlükəsi nəzərə alınaraq qaçqın düşmüş yerli əhalinin qayıdışına hələlik icazə verilmir.