Yazını böyüt
Yazını kiçilt
Bu gün naməlum şəxs Kiyevin mərkəzi rayonunda insanlara atəş açıb.
Hafta.az xəbər verir ki, bu barədə Kiyev Polisi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində ölənlər və yaralananlar var:
"Qoloseyevski rayonunda naməlum şəxs insanlara atəş açıb. Ölənlər və xəsarət alanların sayı müəyyənləşdirilir".
Atəş açan şəxs polisin keçirdiyi əməliyyat nəticəsində zərəsizləşdirilib. Bu barədə daxili işlər naziri İqor Klimenko “Teleqram”da bildirib.
Kiyev şəhər meri Vitali Kliçko deyib ki, tibb işçilərinin məlumatına görə, Qoloseyevski rayonunda küçə atışması nəticəsində 2 nəfər ölüb, 10 nəfər xəstəxanaya yerləşdirilib.
