Yazını böyüt
Yazını kiçilt
ABŞ Prezidenti Donald Tramp ölkədə kömür enerjisinin inkişafına təxminən 700 milyon dollar ayırmaq niyyətindədir.
Hafta.az xəbər verir ki, Amerika lideri 4 iyunda yeni kömürlə işləyən elektrik stansiyalarının və ixrac terminalının tikintisi üçün maliyyələşdirmə elan etməyi planlaşdırır.
Administrasiya 1950-ci il Müdafiə İstehsalı Qanununu tətbiq etməyi və ABŞ-da mövcud 13 kömürlə işləyən elektrik stansiyasının maliyyələşdirilməsi üçün 425 milyon dollar ayırmağı planlaşdırır./“Bloomberg”/