“Kolumbiya hökuməti işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini yaxından izləyir. Biz səfirlik olaraq mütəmadi şəkildə bu müstəvidə əldə etdiyimiz məlumatları hökumətimizə təqdim edirik”.
Bu sözləri Hafta.az-a müsahibəsində Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas deyib. Diplomat qeyd edib ki, Kolumbiya dövləti işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərini və bu prosesdə iştirak təşəbbüslərini müsbət qarşılayır. “Kolumbiya hökuməti 2020-ci ilin noyabrında Qarabağda müharibənin dayandırılmasına dair dair imzalanmış üçtərəfli sülh sazişini alıqşlayır. Biz Kolumbiya dövləti olaraq hər zaman Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyini müdafiə etmişik və birmənalı şəkildə BMT-nin bu müstəvidə qəbul etdiyi qətnamələrin icrasını tələb etmişik", - səfir bildirib.
Kolumbiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpa-yenidənqurma işlərində iştirakına gəldikdə, cənab səfir deyib ki, ölkələrimiz bir-birindən coğrafi müstəvidə çox uzaqda yerləşdiyi üçün bu, çətinlik yaradır. “Hazırda Kolumbiya şirkətləri bərpa işlərində iştirak eləmir. Gələcəkdə də onların bu prosesdə töhfə verib-verməyəcəklərinə dair heç nə deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, hər iki ölkənin marağına uyğun layihələr olarsa, onu dəyərləndirə bilərik”, - deyib səfir Luis Antonio Dimate Kardenas.