Koreyalı liderdən seçki vədi: prezident seçilsəm Rusiya torpaqlarında tarlalar quracağam...

10:10 25.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Cənubi Koreyada prezidentliyə namizəd Huh Kyung-young seçicilərin səsini qazanmaq üçün qəribə vəd verib.
Hafta.az-ın yazdığına görə, cənab Kyung-young deyib ki, əgər qalib gəlsə, Rusiyanın Uzaq Şərq torpaqlarında koreyalılar üçün geniş tarlalar quracaq. Bunun üçün isə ilk andan rəsmi Moskva ilə danışıqlara başlayaraq, onsuz da istifadəsiz qalmış ucsuz-bucaqsız Sibir çöllərini uzunmüddətli icarəyə götürməyə çalışacaq və sonra da orada barlı-bəhrəli tarlalar quracaq.
Prezidentliyə namizəd bildirib ki, bu plan reallaşarsa, daha çox qazanan elə Rusiyanın özü olacaq. Bəs hansı əraziləri icarəyə götürməyi hədəfləyir sualına cavabda isə qeyd edib ki, bu bölgələr böyük ehtimalla Saxalin, Amur, Habarovsk, Maqadan, Kamçatka və ya Çuxotkada ola bilər. 
Qeyd edək ki, Cənubi Koreyada üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürən Milli İnqilabçı Partiyanın sədri Huh Kyung-young, 1997-ci ildə 0,15, 2007-ci ildə isə 0,4 faiz seçici səsi almışdı. 
Oxunma sayı 389