Rusiyada kredit üçün müraciət edərkən psixoloji testin tətbiqini təklif ediblər. Bu barədə “Prem” agentliyi məlumat yayıb.
Dövlət Dumasının ailə komitəsinin sədri Nina Ostaninadan müvafiq deputat sorğusu Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinaya göndərilib. Qeyd edildiyi kimi, belə bir addım rusları öz maraqları naminə insanları kredit almağa sövq edən telefon fırıldaqçılarından qorumalıdır.
“Kredit vermək üçün psixoloji testin tətbiqi təklifinə baxmağınızı xahiş edirəm. Sizdən də xahiş edirəm ki, qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı Mərkəzi Bankın mövqeyini bildirəsiniz”, – Ostaninanın Nabiullinaya müraciətində deyilir.
Onun fikrincə, test nəticələrinin qeyri-qənaətbəxş olduğu halda vətəndaş bankda psixoloqun konsultasiyasından keçməli olacaq.