Külək, yağış, dolu... - XƏBƏRDARLIQ

15:38 15.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda və Abşeron yarımadasında noyabrın 16-da gün ərzində cənub küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, 17-də isə şimal-qərb küləyinin 15-20 m/s, səhər arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən xəbərə görə, 17-də gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.