Laçının Zabux kəndinə İLK KÖÇ BAŞLAYIB

09:21 25.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Laçının Zabux kəndinə ilk köç başlayıb.

Hafta.az xəbər verir ki, ilk mərhələdə 88 nəfərdən ibarət 20 ailə Zabuxa köçürülür.

Bakıdan Zabuxa yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də məktəbin qarşısında həyata keçirilir.

Qeyd edək ki, ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.