Laçının Zabux kəndinə ilk köç başlayır

10:39 24.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah Laçının Zabux kəndinə ilk köç olacaq.

Hafta.az xəbər verir ki, ilk mərhələdə 88 nəfərdən ibarət 20 ailənin Zabuxa köçü nəzərdə tutulub.

Bakıdan Zabuxa yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də məktəbin qarşısında olacaq.

Qeyd edək ki, ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.