Mahsun Kırmızıgül rekorda imza atıb - VİDEO

16:37 03.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

16 ildən sonra yeni albom buraxan türkiyəli müğənni Mahsun Kırmızıgül rekorda imza atıb.

Hafta.az xəbər verir ki, bu barədə o, instaqram hesabında qeyd edib.

Kırımızıgülün sözlərinə görə, onun yeni ilin ilk günündə işıq üzü görən “Hoş Geldin” adlı albomunun düz 10 mahnısı yutubun trend siyahısına daxil olub. Bu, Türkiyənin yutub tarixində ilk və rekord göstərici olub. O, həmçinin əlavə edib ki, albomu “Apple”, “Spotify”, “TikTok” və digər rəqəmsal platformalarda, radio dalğalarda 1-ci pillədə qərarlaşıb.

Bundan əlavə, M.Kırımızıgül rejissoru olduğu “Mucize Aşk-2” filmininin 2019-cu ildə ümumilikdə 2 milyondan çox izləyici tərəfindən baxılıdğını qeyd edib, ekran işinin ölkədə ən kassalı dram filmləri arasında ikinci pillədə qərarlaşdığını vurğulayıb.

“Həm kinoda, həm də musiqidə mənə dəstək olan, gördüyüm işləri izləyən, mənə sonsuz dəstək verən dəyərli dostlarıma təşəkkür edirəm”, - deyə müğənni yazıb.

 

 
Oxunma sayı 191