Yazını böyüt
Yazını kiçilt
Pakistan prezidenti Arif Alvi yazılı açıqlamasında vətəndaşların səlahiyyətinə hörmət edilmədikcə, heç nəyə aydınlıq gətirilə bilməyəcəyini deyib. O, siyasətçiləri, siyasi partiyaları və qurumları birləşməyə çağırıb.
Hafta.az-ın yazdığına görə, Alvi açıqlanan seçki nəticələrinə də toxunaraq, "Ciddi maliyyə böhranından çıxmaq, çətin qərarlar qəbul etmək, keçmişin ağrılarını düzəltmək və sağaltmaq üçün əsl səlahiyyətə ehtiyac var" deyib.
Pakistanda fevralın 8-də Milli Assambleya və əyalət məclislərinə keçirilən seçkilərin nəticələrinə görə, heç bir siyasi partiyanın təkbaşına hökumət qurması üçün çoxluğu əldə edə bilməyəcəyi görülüb.