Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib

09:21 02.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Ramazan bayramı münasibətilə paylaşım edib.

Hafta.az xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində edilən bütün duaların, diləklərin və saf niyyətlərin qəbul olunmasını arzulayıram. Uca Tanrı hər kəsə möhkəm cansağlığı və səadət, Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin!"