Mehriban Əliyeva Ramazan ayı ilə bağlı paylaşım edib

09:00 02.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ramazan ayının başlanması ilə bağlı paylaşım edib.

Hafta.az-ın məlumatına görə, paylaşımda deyilir:

"İnsanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah dualarınızı, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, Vətənimizə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!".