Məktəbəqədər hazırlıq qruplarına elektron qeydiyyat nə vaxt başlayır?

11:41 15.08.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Dərslərin başlamasına bir aydan az vaxt qalmasına baxmayaraq, məktəbəqədər hazırlıq qruplarına qeydiyyat başlamayıb. Lakin  əvvəlki illərdə avqustun 15-nə qədər elektron, 15-dən sonra isə məktəblərdə ənənəvi qaydada qeydiyyat aparılırdı. Valideynləri narahat edən məsələ isə qeydiyyat tarixinin açıqlanmamasıdır.

Hafta.az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə də qeydiyyatın aparılması gözlənilmir. Belə ki, proseduranın avqust ayının 26-dan sonra başlanacağı bildirilir.