Məktəblərdə şagirdlərin telefondan istifadəsi qadağan olunur

10:55 01.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Dövlət Dumasına təqdim edilən yeni reqlamentə əsasən, orta məktəb şagirdlərinə sinifdə smartfonlardan istifadəni qadağan edən qanun layihəsinə dəyişiklik edilib.

Hafta.az-ın RİA Novosti-yə istinadən yazdığına görə, bu dəyişiklik qanunda telefonların təhsil və ya təlim məqsədləri üçün istifadəsinə icazə verən istisnanı aradan qaldırıb.

Sözügedən dəyişiklik valideynlərin istəyi və bütün tərəflərin birgə işi ilə yaradılıb. Yeni dəyişikliyə əsasən, smartfonlardan dərslərdə istifadəyə yalnız “şagirdlərin və ya təhsil fəaliyyətini həyata keçirən təşkilatın əməkdaşlarının həyatı və sağlamlığı üçün təhlükə yarandıqda” icazə verilir.
Digər hallarda şagirdlərə telefondan istifadə etmək qadağandır.

Qanun layihəsi Dövlət Dumasına oktyabrın 27-də təqdim edilib. Noyabrın 16-da ilk oxunuşdan keçib. Onun son sessiyadan keçərək qanuna çevriləcəyi gözlənilir.

Oxunma sayı 62