Mənimlə şəkil çəkdirənlər ölür - VİDEO

12:17 26.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tanınmış aparıcı Hacı Nuran Hüseynov maraqlı açıqlamalarla gündəmə gəlib.

Hafta.az xəbər verir ki, Baku TV-yə müsahibə verən Hacı Nuran onunla şəkil çəkdirənlərin ölməsi barədə fikirlərə də münasibət bildirib.

“Arif Quliyev, Rəmişin yanına getdik. Elə oldu ki, onlar koronavirusdan dünyasını dəyişdi. İstər-istəməz insanlar bu şəkilləri yığıb trendə çevirdilər ki, mənimlə şəkil çəkdirənlər ölür. Əvvəl şoka düşmüşdüm. Bundan incimirəm. Bizdə müəyyən bir şey çox tez trendə düşür. Parisdəki Notr-Dam kilsəsi önündə şəklim var idi. Ora yananda tez haradansa şəkli tapdılar. Montaj etdilər: bina yanır, mən də yanında dayanmışam” - o deyib.

 

Oxunma sayı 134