“Kollektiv “Millət Hərəkat”ın və onların himayədarlarının çatdırmağa çalışdıqları bir mesaj odur ki, “Millət Hərəkat” hakimiyyətə qayıtmasa, Avropaya inteqrasiya olmayacaq. Mən hamıya zəmanət vermək istəyirəm ki, nəzəri olaraq “Milli Hərəkat”ın qayıdışını fərz etsək, Avropaya inteqrasiya və hər şeydən geri qalacağıq”.
Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına bildirib.
Hökumət başçısı bildirib ki, “Gürcü Arzusu”nun seçilməsi ölkənin bütün istiqamətlərdə, o cümlədən Avropaya inteqrasiya yolunda irəliləyişini davam etdirmək üçün zəruri şərtdir.
“Əgər onlar hakimiyyətə gəlsələr, burada ikinci cəbhə açmaları bir həftə çəkməyəcək. Bütün bunları hətta PR kimi belə paketləməyəcəklər. Birbaşa işə başlayacaqlar. Bundan irəli gələrək, “Gürcü Arzusu”nun seçilməsi, əksinə, ölkənin bütün istiqamətlərdə, o cümlədən Avropaya inteqrasiya yolunda irəliləyişini davam etdirməsi üçün zəruri şərtdir”, - baş nazir qeyd edib.