Minatəmizləmə əməliyyatları ərəbdilli saytlarda

14:50 12.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ərəbdilli “algornalgy” və “alwasela” xəbər saytları Azərbaycanın işğaldan azad olunan torpaqlarında minatəmizləmə əməliyyatlarından yazıblar.

Hafta.az xəbər verir ki, yazılarda jurnalistlərin Cəbrayıl rayonu ərazisində minaların zərərsizləşdirilməsi prosesini izlədikləri bildirilib.

Qeyd edilib ki, minatəmizləmə əməliyyatlarına məsul şəxs Rza Əliyev görülən işlər barədə məlumat verib. Diqqətə çatdırıb ki, iş prosesində əvvəlcə təhlükəli ərazilər müəyyən olunur, sonra minalar mərhələli şəkildə zərərsizləşdirilir.

Bildirilib ki, işğaldan azad olunmuş rayonlarda minalar təmizləndikdən və təhlükəsiz şərait yaradıldıqdan sonra bu ərazilərdə böyük infrastruktur layihələri, o cümlədən avtomobil və dəmir yollarının tikintisi həyata keçiriləcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü fəaliyyət, yürütdüyü uzaqgörən və müdrik siyasət nəticəsində Ermənistan tərəfi indiyədək Ağdam rayonu üzrə 97 min, Füzuli və Zəngilan rayonları üzrə isə 92 min minanın xəritələrini Azərbaycan tərəfinə təqdim edib.