Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub - MN

22:18 19.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 19-u saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, düşmən cavab atəşi ilə susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.