Nazarbayevin qardaşı öz kəndlərində dəfn edilib

11:23 14.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı Bolat Nazarbayev bu gün Almatı vilayətinin Şamalgan kəndində dəfn edilib. 

Hafta.az-ın Kazinform-a istinadən yazdığına görə, Bolat Nazarbayevlə vidalaşmağa çox sayda insan gəlib. Gələnlər arasında təbii olaraq, mərhumun qardaşı - Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev və baş nazir Əlixan Smailov da var.

Xatırladaq ki, Bolat Nazarbayev uzun sürən xəstəlikdən sonra noyabrın 13-də səhər saatlarında vəfat edib. Onun 70 yaşı var idi.

Bolat Nazarbayevin noyabrın əvvəlində xəstəxanaya yerləşdirildiyi bildirilir.