Neftimizin qiyməti QALXDI

10:10 30.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

Hafta.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,43 ABŞ dolları və ya 0,62% artaraq 69,74 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,31 ABŞ dolları idi.