“Nobel mükafatı alan iranlı qadınlar İsrailə işləyirlər” – Ensiyeh Hazali

11:27 17.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın vitse-prezidenti Ensiyeh Hazali iranlı qadınlara Nobel mükafatının verilməsi məsələsinə münasibət bildirib.

Hafta.az-ın yazdığına görə, vitse-prezident deyib ki, bu, tamamilə siyasi səbəblərlə bağlıdır və mükafatlandırmanın nə ləyaqətlə, nə biliklə, nə də zəiflərə kömək etməklə heç bir əlaqəsi yoxdur.

“Məsələ siyasidir və belə də planlaşdırılıb. Onlar müsəlman qadınlara diqqət yetirirlər. Mükafat bu qadınların - Şirin İbadi və Nərgis Məhəmmədinin öz mövqelərini əldə etmələri üçün vasitə oldu. İslam Respublikasında yetimlərə qulluq edən çox sayda qadın olsa da, onlar iqtisadi problemlərin həllinə və həssas insanlara kömək etməyə töhfə versələr də, bu mükafat yalnız ABŞ və İsrailin yolu ilə getməyə çalışanlara verilir. Mükafat alan bu qadınlardan soruşmaq lazımdır ki, onları Qəzzada fələstinli qadın və uşaqların başına gələnlər maraqlandırırmı.Mümkün deyil, çünki onlar İsrailə tamamilə sadiqdirlər”, - Hazali deyib.

Vitse-perzident bildirib ki, Qəzzadakı qadınlar bu mükafata daha çox layiqdirlər. Xüsusilə də xəstə və zəiflərə yardım edənlər. İranda da elmi sahələrdə ehtiyacı olanlara kömək edən çoxlu qadınlar var. Biznes sahəsində çoxlu qadın sahibkarlar var və onlar bu mükafata layiqdirlər.