Ombudsman Britaniya səfiri ilə görüşüb

15:49 13.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva ilə görüşüb.

Hafta.az-ın xəbərinə görə, bu barədə britaniyalı diplomat "Twitter"də bildirib.

Onun sözlərinə görə, görüşdə qadın hüquqları, əlillik, piyadalar əleyhinə minaların qadağan edilməsi haqqında Ottava Konvensiyası, o cümlədən həbsxanalardakı vəziyyət barəsində müzakirə aparılıb.