Ötən ay 12 milyon dollarlıq narkotik dövriyyədən çıxarılıb

17:42 25.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar ayında qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı açıqlanıb.

Hafta.az xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının statistik məlumatında əksini tapıb.

Qeyd olunub ki, 2022-ci ildə aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 614 kq 942,991 qr narkotik vasitələrin və psixotrop maddələrin 265 kq 299,28 qr-nı heroin, 204 kq 953,323 qr-nı marixuana, 76 kq 032,52 qr-nı tiryək, 4 kq 993,744 qr-nı həşiş, 198,940 qr-nı kokain, 60 kq 064,847 qr-nı psixotrop maddələr, 3 kq 400,337 qr-nı isə digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 2165 ədəd metadon və 73 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

Bildirilib ki, həmin müddət ərzində qanunsuz dövriyyədən götürülmüş 614 kq 942,991 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 20 milyon 711 min AZN (12 milyon 183 min ABŞ dolları) kimi qiymətləndirilir.