Şuşa problemi hər zaman problemi olub. Azərbaycan azərbaycanlıların Qarabağa qayıtması fikrindən heç vaxt əl çəkməyib. Hafta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 3 -də Litvaya rəsmi səfəri zamanı erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.
Daha sonra o, azərbaycanlıların harada yaşamalı olduqları ilə bağlı sual edib.
“Ermənistan tərəfi bununla heç bir şəkildə mübahisə etməyib. Üstəlik, danışıqlar masasında ya sorğu, ya da plebisit olmaqla referendum keçirmək variantı müzakirə edildikdə, erməni tərəfi Qarabağdan olan azərbaycanlıların Dağlıq Qarabağın tam hüquqlu sakinləri kimi referendumda iştirakına da razılıq verib. O zaman Dağlıq Qarabağın azərbaycanlı sakinləri harada məskunlaşacaqdı? Təbii ki, daha əvvəl yaşadıqları yerlərdə. Bu 30 il ərzində Şuşa haqqında çox şey söylənildi. Orada neçə yaşayış binası tikildi? Heç bir. Bəs niyə tikilməyib? Pulun yoxdu? Şəhəri saxlayacaqlarına əmin deyildilərmi? Düşünürəm ki, cavab açıqdır” deyib Paşinyan.
Baş nazirin sözlərinə görə, son 30 ildə Ermənistanda ən böyük problemi ermənilərin reallıqla üzləşməməsidir.