İngiltərədə aksiya keçirən PKK tərəfdarları bu gün bir azərbaycanlıya hücum edərək xəsarət yetiriblər.

Hafta.az-ın yazdığına görə, PKK tərəfdarı kürdlər BBC-nin Londonda yerləşən baş ofisinin qarşısında mitinq edərkən Türkiyənin və türklərin əleyhinə şüarlar səsləndiriblər. Onların bu hərəkətinə dözməyən bir azərbaycanlı etiraz edib və qarşılığında hücuma məruz qalıb.

Adı çəkilməyən həmin soydaşımız AA-ya açıqlamasında bildirib ki, sitat: Hazırda Londonda yaşayıram və mitinq keçirilən ərazidə çalışıram. Onların Türkiyənin əleyhinə mitinq keçirdiyini gördüm. Mən də türkəm, dözmədim. Onlar qələbə işarəsi göstərirdilər. Mən də acıqla bozqurd işarəsi göstərdim. Bunu görən kişili-qadınlı hər kəs üzərimə cumdu, çənəmdən yumruqla vurdular. Nə yaxşı ki, polis tez yetişdi, məni izdihamdan mühafizə edərək dükana gətirdilər...