Polis 22 nəfəri saxladı

10:51 31.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 39 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında isə 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.