Prezident İlham Əliyevlə Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışını etdi - FOTO-VİDEO

13:43 26.10.2021
Yazını böyüt
Yazını kiçilt

Az əvvəl prezidentlər - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Füzuli aeroportunun lentini kəsib. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlət başçılarına Qarabağın simvolik açarlarını təqdim edib.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Aeroportunda Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb. Aeroportda Ərdoğanın şərəfinə rəsmi qarovul düzülüb, Türkiyə prezidentinin təyyarəsindən əvvəlcə onu müşaiyət edənlər, nümayəndə heyətinin üzvləri düşüblər. Bir qədər sonra Ərdoğan özü təyyarədən enib və Əliyev onu qarşılayıb, iki lider qucaqlaşıblar, söhbət edə-edə rəsmi açılış mərasiminin keçiriləcəyi yerə gediblər.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "TUR" bort nişanlı təyyarəsi bu dəqiqələrdə Füzuli Beynəlxalq Aeroportuna enib. Telekanallar həmin tarixi anları canlı yayımla çatdırır.

***

Bu dəqiqələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhəri ərazisində inşa edilmiş Beynəlxalq Hava Limanına enmək üçün Ankara Esenboğa Hava Limanından qalxıb. virtualaz.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğanı aeroportdan Ankara valisi Vasip Şahin və digər rəsmilər yola salıblar.

Ərdoğanı Azərbaycana qısamüddətli işgüzar səfərdə ətraf mühit və şəhərsalma naziri Murat Kurum, xarici işlər naziri Mövlut Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu, Prezident Administrasiyasının kommunikasiyalar İdarəsinin rəhbəri Fəxrəddin Altun, prezidentin mətbuat katibi İbrahim Kalın müşaiyət edirlər.

Türkiyə prezidenti azərbaycanlı həmkarı ilə birlikdə bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışını edəcək, daha sonra Zəngilanda Türkiyə şirkətlərinin də iştirakı ilə yaradılacaq Ağıllı Aqroparkın təməlini qoyacaq. Ərdoğan və Əliyev habelə iki ölkə münasibətlərinin bütün aspektlərinə, aкtual regional və beynəlxalq məsələlərə dair müzakirələr aparacaqlar.

Oxunma sayı 21
Siyasət rubrikasından digər xəbərlər