Prezident İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana dəvət edib

12:54 17.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzaninin görüşü olub.

Hafta.az xəbər verir ki, görüş zamanı iqlim dəyişikliyi istiqamətində birgə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Həmçinin Prezident İlham Əliyev İraq Kürdüstan Regionunun Başçısını COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib.