“Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Yeni ili evdə ailəsi ilə birlikdə qeyd edəcək”.
Hafta.az-ın Kazinform-a istinadən yazdığına görə, bu barədə dövlət başçısının mətbuat katibi Berik Uali məlumat verib.
“Bildiyiniz kimi, dövlət başçısı ad gününü qeyd etmir. Bu il o, yubileyinə təsadüf etsə də, Çinə dövlət səfərinə getdi. Kasım-Jomart Tokayev də hamımız kimi Yeni ili evdə, süfrə başında, ailəsi ilə birlikdə qeyd edir”, - o, bildirib.
Berik Uali müsahibəsində ötən ilin yekunlarına da toxunub. Bildirdi ki, bu il dövlət başçısı tərəfindən cəmiyyətdə qanunun aliliyinin bərqərar edilməsi, ədalət prinsipinə əsaslanan yeni iqtisadi modelə keçid, əhalinin həyat keyfiyyətinin yüksəldilməsi, sosial müdafiənin gücləndirilməsi, ölkənin rəqabətədavamlılığının artırılması və millətin yeni keyfiyyətinin formalaşması istiqamətində bir sıra təşəbbüslər irəli sürülüb.
Prezident Toyayev 2023-cü ildə baş tutan səfərləri çərçivəsində səmada 243 saat 46 dəqiqə keçirib. Yanvarın əvvəlində isə o, Qazaxıstan nəşrlərindən birinə geniş uzun müsahibə verəcək.