Prokurorluq Tərtərdə yol işçilərinin minaya düşməsi ilə bağlı məlumat yayıb

15:57 18.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prokurorluq Tərtərdə yol işçilərinin minaya düşməsi faktı ilə bağlı məlumat yayıb.

Tərtər rayon Prokurorluğundan hafta.az-a verilən xəbərə görə, bu gün Tərtər rayonunun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.