Puta qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

15:31 06.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Puta qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Hafta.az yazır ki, görüşdə İcra Hakimiyyətinin məsul işçiləri, rayon hüquq-mühafizə orqanlarının, təsərrüfat sahələrinin rəhbərləri - ümumilikdə 100-dən çox qəsəbə sakini iştirak edib. Görüşə gəlmiş ağsaqqallar qəsəbə ərazisində görülən işlərə görə təşəkkürlərini bildiriblər.

Sonra sakinlərdən 4 nəfəri Rayon İcra Hakimiyyəti başçısı tərəfindən fərdi qaydada dinlənilib, həlli mümkün müraciətlər yerindəcə həll olunub, vaxt tələb edənlərin həlli istiqamətində aidiyyəti üzrə rayon idarə rəhbərlərinə tapşırıqlar verilib.

Daha sonra sakinlərə Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrami” çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.