Putin İmran Xanla Əfqanıstanı müzakirə edib

23:00 25.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Prezidenti Vladimir Putin və Pakistanın Baş naziri İmran Xan arasında telefon danışığı baş tutub.

Hafta.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb

Ölkə liderləri Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.

Tərəflər Əfqanıstanda sülhün, təhlükəsizliyin, ölkədaxili dialoqun dəstəklənməsinin vacibliyini qeyd ediblər.