Yazını böyüt
Yazını kiçilt
Bu gün Rusiya-Ukrayna müharibəsində Azərbaycanın taleyi həll olunur. Əsas odur ki, Qarabağda bizim hazırda həll olunmamış məsələrimiz var. Əgər Putin Ukraynada qalib gəlsə və öz şərtlərini diqtə etsə, bizi daha çətin günlər gözləyir.
Bu fikirləri hafta.az-a siyasi analitik Teymur Qasımlı deyib:
"Qərbə gedən yolumuz və Qarabağdakı problemlərimizin həlli çətinləşir. Onsuz da bu münaqişənin bitməsini Rusiya istəmir. Bir sözlə, Putin qalib gəlsə, dövlət suverenliyimizə təhdidlərin sayı artacaq. Kremlin şərtlərini qəbul etdirmək üçün təzyiqlər çoxalacaq. Ümid edirəm ki, belə olmayacaq. Rusiya Ukraynada qalib gəlsə də, biz Moskvanın təzyiqləri qarşısında dirənməli və hər zaman düzgün siyasi-diplomatik gedişlər etməliyik..."