Kremldən sızdırılan xəbərlərə görə, Rusiya prezidenti Vladimir Putinin bu gün axşamüstü hərbi komandirlərlə keçirdiyi görüşdə qəfil vəziyyəti pisləşib.
Hafta.az-ın "Daily mail news"a istinadən yazdığına gərə, anında tibi müdaxilə olunub. Doktorlar Putinə ictimaiyyətlə görüşə çıxmaması barədə xəbərdarlıq ediblər.
Mənbə bildirir ki, Putin siyasi müşavirləri və ordu komandirləri ilə keçirdiyi videokonfrans başa çatandan sonra oturduğu kürsüdən qalxmaq istəyərkən müvazinətini itirib. Halsızlıq və başgicəllənməsi yaşayan prezident doktorların köməyi ilə yerinə oturdulub.
Məlumatın Kremldən sızdırıldığı deyilsə də, hələlik rəsmi təsdiqini tapmayıb. Amma onun uzun zamandır Parkinson və xərçəng kimi xəstəliklərdən əziyyət çəkdiyi deyilir.
Son həftələrdə Putinin gərgin və sifətinin şişkin görünməsi, nəzarətsiz ayaq və əllərinin titrəməsi, çox asta yeriməsi və sair onun haqqında deyilənləri doğrulayır.