Qanunsuz ağackəsməyə görə 5 cinayət işi açıldı

17:24 17.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Sumqayıt, Xaçmaz, Lənkaran və Lerik rayonlarının ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış araşdırma nəticəsində 5 cinayət işi başlanılıb.

 

Baş Prokurorluqdan hafta.az-a verilən məlumata görə, dövlət mülkiyyətində olan, xüsusilə də qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətində olan ərazilərdə və meşə fonduna aid olan ağacların kəsilməsi faktları təsdiqini tapıb.

 

Qanunsuz ağackəsmə hallarına aidiyyəti vəzifəli şəxslərin yaşıllıqların mühafizəsi sahəsində üzərlərinə düşən vəzifələrin icrasına səhlankar yanaşması nəticəsində yol verilməsi  müəyyən edilib.

 

Cinayət işləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə) və 314.1 (səhlənkarlıq) maddələri ilə başlanılaraq istintaqın aparılması üçün rayon və şəhər prokurorluqlarına, eləcə də daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilib.