Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin bir hissəsini çıxarıb Ukraynaya aparması ilə bağlı məlumatlar ictimai rəydə maraqla izlənir. Bununla bağlı bir neçə gün öncə Ukraynanın müvafiq qurumları bəyanat yayaraq bildirmişdilər ki, şəxsi heyətin yenidən komplektləşdirilməsini həyata keçirən Rusiya Qarabağdakı sülhməramlı kontingentin bir hissəsi də daxil olmaqla ayrı-ayrı yerlərdən hərbiçilərini Ukraynaya gətirir. Lakin bu iddialar Moskva tərəfindən nə təkzib, nə də təsdiq edilib. Qeyd edək ki, 10 noyabr üçtərəfli bəyanatına əsasən Qarabağda bu gün 2000 rusiyalı sülhməramlı fəaliyyət göstərir. Onlar Laçın dəhlizinə, həmçinin Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə mövcud olan təmas xəttində də atəşkəsin pozulmamasına nəzarət edirlər.
Rusiyanın sülhməramlı hərbiçilərinin bir hissəsini Ukraynaya aparması, həmçinin bir müddət əvvəl xüsusi avtomobil kolonu ilə Xankəndindən Ermənistan ərazisinə hərbiçilərin daşınmasını əks etdirən görüntülər Moskvanın Qarabağda sülhməramlı missiyasını sonlandırmağa hazırlaşdığına dair informasiyaların yayılmasına səbəb olub. Hətta ABŞ dövlət katibinin Azərbaycan Prezidentinə iki gün öncə zəng etməsinin də əsas səbəblərindən biri kimi məhz bu məsələ qabardılır. O zaman həm Azərbaycan cəmiyyəti, həm də dövlətimizi maraqlandıran bir sıra maraqlı suallar yaranır. Rus sülhməramlılarını kim əvəzləyəcək? Bu proses necə həyata keçiriləcək?
Belə fikirlər var ki, Qarabağdakı rus sülhməramlılarını türk sülhməramlıları əvəz edə bilər. Rus sülhməramlıların indiki məqamda Qarabağdan çıxarılması, əvəzində bölgəyə Türkiyə əsgərlərinin gətirilməsi nə dərəcədə realdır və rus sülhməramlılarının bir hissəsinin çıxarılması nəyi dəyişəcək? Hafta.az bu suallara cavab tapmağa çalışıb.
Politoloq Zərdüşt Əlizadə:
- Rus sülhməramlı missiyasının türk sülhməramlılarla əvəzlənməsini real hesab etmirəm. Rus sülhməramlıları bölgədən tam çıxarılmadığına görə bölgədə də heç nə dəyişmir. Rusiya bütün hərbi kontingentini çıxarıb, orada 100 nəfər hərbçi saxlasa belə, Azərbaycan götürdüyü öhdəliklərə uyğun olaraq həmin ərazilərə qoşunla daxil olmayacaq. Çünki üçtərəfli sazişə əsasən sülhməramlıların Qarabağa gəlişi hərbi güclə yox, mandatla təsdiqlənmişdi. Türk əsgərlərinin sülhməramlı kimi bölgəyə yerləşdirilməsinə gəlincə, türk müşahidəçiləri onların orda olmalarını təsdiqləməyə kifayət edir. Düşünmürəm ki, burada belə bir yerdəyişmə olsun. Hər halda rus sülhməramlıları gedə bilər, amma yerlərinə türk əsgərlərinin gəlməsinə inanmıram. Ümumiyyətlə, Qarabağda ermənilərin taleyi bu yaxınlarda həll ediləcək. Qarabağ münaqişəsi tarixdə qalacaq.
Qarabağda sülhyaratma missiyasını daşıyan Rusiyanın başı Ukraynada apardığı müharibəyə qarışsa da, üçtərəfli sazişin yerinə yetirilməsi ilə bağlı gözləməliyik.Proseslər özü-özlüyündə Qarabağdakı problemlərin həllinə aparacaq.
Ədalət Verdiyev, hərbi ekspert:
- Rusiya sülhməramlılarının Azərbaycandan çıxması barədə eşitmişəm, amma bu qüvvələrin sülhməramlı, yoxsa Qarabağda sülhməramlıların tərkibində humanitar fəaliyyət göstərənlərin olub-olmadığını bilmirəm. Rusiyanın Ukraynada apardığı müharibədə canlı qüvvəyə ehtiyacının yaranması onun Qarabağdakı peşəkar ordusunu çəkməyinə səbəb ola bilər. Digər tərəfdən, o da mümkündür ki, Azərbaycanın sülhməramlıların fəaliyyətindən narazılığı belə bir addıma səbəb olsun. Azərbaycan sülhməramlıların bölgədə atəşkəsi qoruya bilməməsindən narazıdır. Sülhməramlıların tərkibinin də dəyişməsi mümkündür. Amma rus sülhməramlılarının canlı qüvvə kimi çıxması heç də Rusiya sülhməramlılarının ölkəni tamamilə tərk etməsi anlamına gəlmir.