Sabah aşura günüdür. Suraxanı rayonu Qaraçuxur məscidində hər il Aşura günündə qanvermə aksiyası təşkil edilir. Və yüzlərlə insanr şəhid olan imamlarımızın yolunda gəlib “telasemiya” xəstəliyindən əziyyət çəkən insanlara qan verirlər.
Sözügedən Məscidin Axundu Mir İlyas Nəcəfov “Həftə içi”nə bildirdi ki, məscidlərində keçən il olduğu kimi sabah da qanvermə aksiyası keçiriləcək. Onun sözlərinə görə qanvermə aksiyasının banisi və təşkilatçısı Şeyx Həzrətləridir. Aksiya ilə bağlı məsciddə hazırlıq işləri görülüb: ”Aksiyanın keçirilməsi üçün məscidin həyətində fəaliyyət göstərən Hüseyniнyədə böyük bir otaq təşkil edilib. Lazım olan avadanlıqlarla təmin olunub. Artıq Mərkəzi Qan Bankının laboratoriyası ilə təmin edilib. Eyni zamanda aksiyaya Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən 24 saylı və Qaraçuxur qəsəbəsində fəaliyət göstərən 15 saylı Birləşmiş Şəhər Xəstəxanalarından da həkim briqadası cəlb edilib. Könüllü şəkildə Qanvemə aksiyasına gələn insanlar əvvəlcə laboratoriyada həkim tibb müayinəsindən keçərək onların sağlamlığı müəyyənləşdiriləcək”.
Axundun sözlərinə görə, qanvermə aksiyası ilk öncə insanların sağlamlığı üçün çox faydalıdır: ”Bu həm də əhalinin şüurlu şəkildə maariflənməsi deməkdir. Aşurə günündə insanlar zəncirlə kürəyinə döyüb bədəninə xəsarət yetirməkdən uzaq olurlar. Qan vermək bir tərəfdən insanın sağlamlığı üçün çox əhəmiyyətlidir. Bununla bədənində qan yeniləşir. Digər tərəfdən də qan azlığından əziyyət çəkən xəstə adamlara kömək etmiş oluruq. Həm də həkim tibb laboratoriya analizindən keçərək bədənimizdə keçici xəstəliklərin olub-olmaması aşkar edilir”.
Gəlin qan verək ki, sağlam olaq. Bu xeyriyyəçi əməllərimizlə həm imamlarımızın ruhu şad olar, həm də “telasemiya” xəstəliyindən əziyyət çəkən yüzlərlə insana kömək etmiş olarıq.