Qardaşı tərəfindən öldürülən müğənni Səbinənin FOTOLARI

12:20 02.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 2-də saat 7 radələrində Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın qardaşı - 1984-cü il təvəllüdlü Hüseyn Abbasov tərəfindən bıçaqlanaraq öldürməsi barədə məlumat vermişdik.

Hafta.az müğənniliklə məşğul olan Səbinə Abbasovanın fotolarını təqdim edir:

Qeyd edək ki, Gəncədə bacısını öldürməkdə təqsirləndirilən şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.

Hadisəni törətməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov anasını öldürdüyü üçün 15 il azadlıqdan məhrum edilib və 7 ay əvvəl cəzası başa çatdığından azadlığa çıxıb. Bundan başqa, qətlə yetirilən 1989-cu il təvəllüdlü Səbinə Abbasova müğənni kimi fəaliyyət göstərirmiş. Onu qətlə yetirməkdə təqsirli bilinən Hüseyn Abbasov isə mərhumun ata bir, ana ayrı qardaşıdır. O, Bərdə şəhərində yaşayırmış.

Məlumatlara görə, qətlə səbəb isə Hüseyn Abbasovun müğənni bacısından pul tələb etməsi olub. Səbinə Abbasova qardaşına pul verməkdən imtina edib. Bu səbəbdən Hüseyn Abbasov bacısını həyətə çağıraraq bıçaqla zərbələr vuraraq öldürüb.

Xatırladaq ki, bu gün səhər saatlarında Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1984-cü il təvəllüdlü Hüseyn Abbasovun Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub.

Oxunma sayı 185