Qırğızıstanda parlament seçkilərinin vaxtı dəqiqləşib

10:08 29.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstan parlamentinə deputat seçkiləri 2021-ci il noyabrın 28-nə təyin edilib.

Hafta.az "TASS"a  istinadla xəbər verir ki, Qırğızıstan dövləti mətbuat xidmətinin yaydığı məlumata görə, Prezident Sadır Japarov bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, bu il noyabrın 28-i Yeni Çağırış Qırğız Respublikası Joqorku Keneşə deputat seçkisi günü təyin edilib.

Avqustun 27-də ölkədə Seçkilər Haqqında Konstitusiya Qanunu qüvvəyə minib. Qanunda deputat seçkisinin yeni qaydası təsbit edilib. Deputatların sayı 120-dən 90-a endirilib. Onlardan 54-ü proporsional, 36-sı majoritar sistem üzrə seçiləcək. Əvvəlki qaydada ölkənin ali qanunverici orqanı yalnız partiya siyahıları əsasında formalaşdırılırdı.