Qobu sakini qanunsuz saxladığı silahı polisə təhvil verib

15:15 26.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən hafta.az-a bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis bölməsinə müraciət edən qəsəbə sakini 1980-ci il təvəllüdlü R.Dostalıyev 1998-ci ildə dünyasını dəyişən babası N.Dostalıyevdən qalan müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngini könüllü olaraq Bölmə əməkdaşlarına təhvil verib.

Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.