Çeçenistan prezidenti Ramzan Kadırov bildirib ki, Kremldə prezident Vladimir Putinə sadiq olmayan şəxslər var.
Hafta.az-ın yazdığına görə, Kadırov ilk növbədə Kremlin sözçüsü Dmitri Peskovu hədəf seçib. Bildirib ki, o, yetərincə vətənpərvər deyil və bu səbəbdən də rəhbərlik bəzi qərarlar verməlidir.
Bu arada, rusiyalı siyasi çevrələr indiyədək az sayda toxunulmaz qalmış isimlərdən biri olan Peskov haqqında deyilənlərdən heyrətləniblər. Bəziləri müharibənin ilk başlarında Peskovun qızının sosial şəbəkələrdə "müharibəyə yox" yazdığını xatırlasalar da, Peskovun özü isə hələlik ittihamlara cavab verməyib.
Xatırladaq ki, Kadırov ötən günlərdə müzakirələrdə Rusiya tərəfini təmsil edən Vladimir Medinskini də hədəf seçmişdi. Rus ordusunun Kiyevdən çıxarılmasını yanlış hesab edən Kadırov, bu qərara imza atan Medinskinin susdurulmasını vacib saymışdı.
Bəzi rus mütəxəssislər düşünür ki, Kadırov son vaxtlar fəallaşmaqla, Rusiya dövlətini hərbi qanadını nəzarətə almaq niyyəti güdür. O, Ukraynada gedən müharibədən faydalanaraq, bütün Rusiyada güclü və sözükeçən şəxs olmaq arzusundadır.