Rus pilotdan Putinə etiraz: Ukraynaya qarşı müharibə cinayətdir! -VİDEO

09:55 12.03.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya hava yollarının pilotlarındsan birinin Antalyaya eniş zamanı etdiyi anons Putin və komandasına böyük zərbə sayıla bilər.

Hafta.az-ın yazdığına görə, Rusiyanın "Pabeda" aviaşirkətində çalışan rus pilot, sərnişin təyyarəsini Antalyaya endirərkən anons edərək Rusiya-Ukrayna müharibəsinə dair fikirlərini bildirib. "Kapitan pilot danışır. Antalyaya xoş gəldiniz. Siyasi hadisələrlə bağlı öz fikrimi ifadə etmək istəyirəm. Ukraynaya qarşı başladılan müharibə böyük cinayətdir. Ağlı başında olan hər bir vətəndaş mənimlə eyni fikirdədir. Müharibəni bitirmək üçün nə lazımdırsa edilməlidir. Bu müharibə bizə lazım deyil", - deyib təyyarənin kapitanı. 

anonsuna yolcular alkışla karşılık verdi.