Yazını böyüt
Yazını kiçilt
Rusiyada səfərbərlik, immiqrantların ölkəni tərk etməsi və digər sektorlara keçidlər taksi sürücüsü çatışmazlığının rekord dərəcədə artmasına səbəb olub.
Hafta.az-ın yazdığına görə, hökumətə bağlı Təhlil Mərkəzinin və Yandex Taksi xidmətinin məlumatlarına görə, payız dövrünün əvvəlində ölkədə taksi sürücüsü çatışmazlığı artaraq 72 min nəfərə çatıb. Dekabrda bu göstəricinin 80 min nəfərə çata biləcəyi bildirilir.
Yeni avtomobillərin amortizasiya xərclərinin 63 faiz artması, eləcə də texniki xidmət, yanacaq, avtomobil icarəsi və sığorta xərclərinin artması, avtomobil kəsirinin artmasının bu vəziyyətə səbəb olduğu vurğulanır.