Yazını böyüt
Yazını kiçilt
Rusiya klubları 2026/2027 mövsümündə Avropa yarışlarında iştirak etməyəcək.
UEFA İcraiyyə Komitəsi Rusiya milli komandalarının və klublarının UEFA yarışlarından davamlı olaraq kənarlaşdırılması səbəbindən turnir iştirakçılarının siyahısında dəyişiklik edib.
Bununla da, UEFA-nın Rusiya klublarını yeni mövsümdə də turnirlərə buraxmayacağını dəqiqləşdirib.
Qeyd edək ki, Avropanın ali futbol qurumu Rusiya komandalarını 2022-ci ilin fevral ayından bəri beynəlxalq yarışlara buraxmır.