Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Heppi ötən ilin fevralında işğalın başlanmasından bəri Vladimir Putinin itkiləri ilə bağlı təxminlərini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Happi kölgə müdafiə naziri Con Heleyin suallarına cavab olaraq, "Hesab edirik ki, münaqişə başlayandan bəri təxminən 302 min Rusiya hərbi qulluqçusu öldürülüb və ya yaralanıb, on minlərlə hərbçi isə döyüş meydanından qaçıb” deyib.
Rusiyanın digər böyük itkilərini də təfərrüatlandıran Heppi, Rusiyanın minlərlə hərbi maşını, donanma gəmisi və texnikasını itirərək böyük resurs itkisinə məruz qaldığını bildirib.
Ceyms Heppi deyib: “Münaqişənin başlanğıcından bəri təxminən 2475 əsas döyüş tankı, 93 sabit qanadlı təyyarə, 132 helikopter, 320 pilotsuz uçuş aparatı, bütün siniflərdən 16 gəmi, 1300-dən çox bütün növ artilleriya sistemi məhv edilib. Hesablamalarımıza görə, Rusiyanın 117-dən çox zirehli texnikası məhv edilib".
Böyük Britaniyanın itkilərlə bağlı rəqəmləri Kiyevin rəsmi statistikasına yaxındır. Sözügedən qiymətləndirmədə Rusiyanın müharibədə ümumilikdə 313470 hərbçi itirdiyi bildirilib.