Rusiya paytaxtında erməni polkovnikin adına küçə salındı

15:17 24.02.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Moskva vilayətinin Novomoskovsk inzibati dairəsinin Sosenski qəsəbəsində yeni küçə yaranıb. Ən uğurlu kəşfiyyatçılardan biri sayılan "Böyük Vətən" müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı, polkovnik Gevork Vartanyanın adını daşıyır. Bu il onun anadan olmasının 100 illiyi tamam olur”.

Hafta.az xəbər verir ki, bunu “Aysor” nəşri yazır.

Vartanyan küçəsi Edvard Qriq küçəsindən 816 saylı layihələndirilən keçidə qədər əvvəllər adı açıqlanmayan hissənin yerində uzanır. Küçə 2020-ci ildən  erməni polkovnikın adını daşıyan 2070 saylı məktəbin yaxınlığında yerləşir. Təhsil müəssisəsində Gevork Vartanyana və onun həm də kəşfiyyatçı olan həyat yoldaşı Qohara həsr olunmuş muzey var.

“Moskva merinin sərəncamı əsasında 2022-ci il mayın 31-də məktəb ərazisində heykəltəraş Aleksandr Qolovaçev və memar Oleq Yakovlev tərəfindən layihələndirilən Gevork Vartanyanın abidəsi ucaldılıb. Təşəbbüskar Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin dəstəyi ilə “Rusiya Erməniləri İttifaqı” Ümumrusiya ictimai təşkilatı olub”- xəbərdə belə deyilir.

Oxunma sayı 48
Siyasət rubrikasından digər xəbərlər