Rusiyada 12 zabit döyüşdən imtina etdi - həps olundular

18:45 01.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya ordusunda müharibədən imtinaya meyllər güclənir.

Hafta.az-ın yazdığına görə, bu gün "Rosqvardiya"nın 12 hərbçisi Ukraynaya qarşı müharibəyə getməkdən boyun qaçırıb. Onlar artıq hərbi vəzifə və rütbələrindən məhrum olunaraq həps ediliblər. Amma Rusiyanın tanınmış vəkili Mixael Benyaş bu cürətli hərbçilərin hüquqlarının müdafiəsinə qalxıb.

Ukraynanın keçmiş Xarici İşlər naziri Pavlo Klimkin hadisəyə münasibət bildirərkən qeyd edir ki, baş verənlər hər bir ukraynalı üçün əla xəbərdir. "Həmin hərbçilər başa düşürlər ki, müharibəyə getsələr mütləq həlak olacaqlar. Amma görünür onlar "təzə ət" olmaq istəmirlər və buna görə də əmrə tabe olmurlar. Artıq mindən çox belə hal baş verib. Hətta Rusiyada tüğyan edən iyrənc təbliğat isteriyası fonunda belə, bizimlə döyüşmək istəyənlər hər gün daha da azalacaq. Bu yaxşı xəbərdir. Pis xəbər isə odur ki, Putin hələ də bizimlə "son əsgərinə qədər" döyüşməyə israrlıdır. Artıq o, uduzub, sadəcə bununla barışa bilmir", - deyib cənab Klimkin.